• $
  • €
  • ₽
  • ₺
  • £

Rəşid Behbudovun yubileyi Moskva və Tiflisdə qeyd olunacaq

Rəşid Behbudovun yubileyi Moskva və Tiflisdə qeyd olunacaq
17.12.2015 22:31
Görkəmli müğənninin 100 illik yubileyi münasibətilə Moskvada keçiriləcək tədbirin vaxtı dəyişdirilib

Azərbaycanın görkəmli müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə Moskvada keçiriləcək tədbirin vaxtı dəyişdirilib. 

Bu barədə "Report"a Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev məlumat verib.

Onun sözlərinə görə, mərasim gələn ilin fevralın 5-də Moskvanın Mərkəzi Kino Evində keçiriləcək.

K.Şahverdiyev qeyd edib ki, tədbir yalnız Rəşid Behbudovun 100 illik yubileyinə deyil, Üzeyir bəy Hacıbəylinin 130 və "Arşın mal alan" operettasının 70 illiyinə həsr ediləcək: "Tədbirdə Rəşid Behbudov anılacaq, "Arşın mal alan" filmi nümayiş etdiriləcək. Moskvadan sonra Dağıstanda və Tiflisdə yubiley tədbirləri keçiriləcək. Rəşid Behbudov əslən Qarabağlı olsa da, Tiflisdə dünyaya gəlib. Bu səbəbdən Tiflisdə Rəşid Behbudovun adının əbəlişdirilməsi nəzərdə tutulub".

Qeyd edək ki, R.Behbudovun 100 illik yubileyi ilə bağlı Moskvada keçiriləcək tədbir əvvəlcə dekabrın 10-a təyin olunmuşdu. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol