• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayevə şeir yazan şair işdən qovuldu

Əbülfəs Qarayevə şeir yazan şair işdən qovuldu
17.12.2015 16:46
Bəhmənli nazirə "Hamıya yaxşılıq” adlı şeir həsr edib.

Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli işdən çıxarılıb.

ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeiri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib.

Dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.

Məsələ ilə bağlı V.Bəhmənli sayta açıqlamasında hazırda məzuniyyətdə olduğunu, məsələdən xəbərsiz olduğunu bildirdi.

Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə "Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir "525-ci qəzet”də tirajlanıb.

Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol