• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr 2016-cı ilin ilk 3 ayının repertuar planını təsdiq etdi

Musiqili Teatr 2016-cı ilin ilk 3 ayının repertuar planını təsdiq etdi
21.12.2015 22:24

Azərbaycan Dövlət Musiqili Teatrı qarşıdan gələn 2016-cı ilin ilk 3 ayı üçün repertuar planını açıqlayıb.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Bədii Şuranın üzvləri yeni ilin yanvar, fevral və mart ayları  üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 50 dəfəyə yaxın nümayiş etdiriləcək. Ötən il tamaşaçılarla sorğu əsasında daha çox reytinq qazanan tamaşalar - "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Ər və arvad” (Ü. Hacıbəyli), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Qızıl toy” (O. Kazimi, R. Heydər), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa səhnə əsərləri təqdim ediləcək. Habelə rus dilli və balaca tamaşaçılar "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Fransız sayağı qarnir” (M. Kamoletti), "Skapenin kələkləri” (J.B. Molyer), "Düyməcik” (H.K. Anderson), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Bir dayan canavar” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa tamaşaları izləyə biləcəklər.
 
Qarşıdakı üç ay ərzində tamaşaçılar Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Cingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Svetlana Bulax, Əzizağa Əzizov, Emma Məlikova, Boris Qrafkin, Səmayə Musayeva, eləcə də gənc və istedadlı, artıq tamaşaçıların rəğbətini qazanmış aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzimova, Əlif Cahangirov, Elnarə Nağdəliyeva və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı – 2016-cı ilin gəlişi münasibətilə xalqımızı təbrik edir və yeni ildə hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol