• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq filarmoniyasının Yeni il konserti – REPORTAJ

Uşaq filarmoniyasının Yeni il konserti – REPORTAJ
24.12.2015 17:52
Rüstəm Qasımov

Bir neçə gün əvvəl Azərbaycanın əməkdar artisti Dilarə Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Yeni il konserti baş tutdu. Balaca istedadların şousuna baxmaq istəyənlərin sayı çox idi, zalda tamamilə anşlaq hökm sürürdü. 

Tədbir Yeni illə bağlı olduğundan mərasimin aparıcısı Şaxta baba idi. Uşaqların öz işlərinə hədsiz məsuliyyətlə yanaşdığını görmək çox sevindirici idi. 
Konsertin böyük hissəsi dünya xalqlarının rəqslərinə həsr olunmuşdu. Burada fin, macar, gürcü, çin və s. rəqsləri oynanılırdı. Uşaqların əyinlərinə geyindikləri əlbisələr də çox gözəliydi. 

Dmitri Şostakoviçin məşhur valsı zamanı uşaqların göstərdiyi nömrə zalda toplaşan tamaşaçıların xüsusilə zövqünü oxşadı. 

Yeri gəlmişkən, filarmoniyada uşaq xoruyla Dilarə Əliyevanın tələbəsi, uşaq filarmoniyasının məzunu xorodrijor, beynəlxalq festivallar qalibi, prezident təqaüdçüsü Leyla Muradzadə işləyir. Konsertdə həm böyük, həm də kiçik qrup iştirak edirdi. Xor dünyası böyük və maraqlı dünyadır, burada çox şey öyrənmək olar. Məhz buna görə uşaq filarmoniyasında xorun inkişafına xüsusi diqqət ayrılır. 

Kamera orkestri əfsanəvi İsveç qrupu "ABBA”nın «Happy New Year» mahnısı oxuyarkən, zaldakı bayram əhla-ruhiyyəsini duymamaq mümkün deyildi. 

Konsertdən sonra uşaq filarmoniyasının direktoru Dilarə Əliyeva ilə söhbətləşə bildik, o bildirdi ki, filarmoniyada skripaç ansamblı fəaliyyət göstərir. Burada uşaq musiqili teatrı da fəaliyyət göstərir, o, rəqs və mahnılarının miksindən ibarətdir. Təəssüf ki, heç də bütün valideynlər onun faydasını dərk etmirlər, ancaq bunun sayəsində uşaq səhnəyə öyrəşir, ona gələcək həyatında da sərbəst davranmağa kömək edir. 

Dilarə xanım həmçinin qeyd etdi ki, uşaq filarmoniyasında yuxarıda sadalananlardan başqa, xalq alətləri ansamblı, həmçinin Azərbaycan xanəndələri hazırlayan vokal dərsləri də mövcuddur. Uşaq filarmoniyası həm ölkə daxili, həm də ölkə xaricində baş tutan konsert və mərasimlərdə sistemli şəkildə uğurla iştirak edir. 
Konsertin sonunda Yeni il tədbirində çıxş edən bütün kollektivlərin üzvləri səhnəyə çıxdılar, bunun sayəsində biz uşaq filarmoniyasında nə qədər gənc istedadın çıxış etdiyindən xəbər tuta bildik. Bu gənc istedadları səhnədə görmək olduqca xoş idi, axı onlar bizim mədəniyyətimizin və incəsənətimizin gələcəyidirlər. 

Belə gözəl tədbirdə iştirak etmək olduqca xoş idi. Balacaların gözlərindən onların şən emosiyalarını görmək isə bir ayrı gözəllik idi. 

Sonda tədbirdən hazırladığımız fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər:   
 




































www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol