• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Xuduoğlu: ““Qanun” nəşriyyatı tamamilə iflic ola bilər”

Şahbaz Xuduoğlu: ““Qanun” nəşriyyatı tamamilə iflic ola bilər”
26.12.2015 14:11
"Qanun” nəşriyyatı da Azərbaycanın bir parçasıdır. Onun iqtisadiyyatında yaşanan bu cür ağır durum bizə də sözsüz ki, təsir edəcək. Nəşriyyat həm də  istehsal sahəsidir. Bizim kitab istehsalı üçün lazım olan avadanlıqlar dollarla alındığından böhran bizə çox ciddi təsir edəcək. Hətta bu vaxta qədər olan vergi yoxlamaları ilə bağlı problemlərimiz bizi bu qədər təhlükəli duruma salmamışdı. Amma indiki böhran salacaq”.

Bunu Modern.az saytına açıqlamasında "Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu bildirib. O, manatın devalvasiyasının, iqtisadi böhranın kitab sektoruna, konkret olaraq "Qanun” Nəşriyyatına zərbə vuracağını qeyd edib. Şahbaz Xuduoğlunun sözlərinə görə, belə getsə, işçilər ixtisara düşə  və yeni kitablar nəşr olunmaya bilər:

"İşçiləri itirə bilərik. Kitab nəşrindəki sabitliyi təbii ki, qoruya bilməyəcəyik. Yeni kitabların buxarılması da sual altına düşür. Çox ciddi böhranla üz-üzəyik. Ümidim azdır ki, biz durumdan tam xilas ola bilərik”.

"Qanun”un direktoru 2016-cı ildə kitab yarmarkalarının olub-olmayacağından da danışıb. Ş.Xuduğlu böhranın nəşriyyatı tamamilə iflic edə biləcəyini və belə olan təqdirdə yarmarkaların da keçirilməyəcəyini gizlətməyib:

"Bizim yarmarkalar hazırda da davam edir və bacardığımız qədər də davam etdirməyə çalışacayıq. Əgər bur şok böhran bizi "vursa”, onda tamamilə iflic olacağıq. İflic olacağıqsa, onda yarmarkaların keçirilməsi də mümkün deyil. Amma indiki halda nə qədər mümkündürsə, yarmarkalarımızı davam etdirəcəyik”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol