• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Film İnstitutu tələbə qəbuluna başlayıb

Bakı Film İnstitutu tələbə qəbuluna başlayıb
28.12.2015 15:44
Bakı Film İnstitutu (BFİ) tələbə qəbuluna başlayıb.
 
İnstitutun rəhbəri Fehruz Şamiyevin APA-ya verdiyi məlumata görə, aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə qəbula keçirilir: "Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq, bu kursları yaratmışıq. İndiyədək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları üzrə kurslar təşkil edirik. Hər ixtisas üzrə sənəd qəbulu 2016-cı il yanvar ayının 15-ə kimi davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların Bakı Film İnstitutunda ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.
 
F. Şamıyevin sözlərinə görə, BFİ-nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən, kinoprodüser ixtisasının məzunlarından bəziləri Hollivudda, London Film Məktəbində təhsil alırlar.
 
Qeyd edək ki, 3 yaşını qeyd edəcək BFİ-də rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor-rejissor Qurban Məsimov olub. Bundan başqa mərkəzdə Avropa Kino Akademiyasının prodüseri Zeynəb Özbatur Atakanın da üçlük treninqləri keçirilib. BFİ bazasında bir neçə qısametrajlı film, o cümlədən, sosial çarx hazırlanıb. Həmin audiovizual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol