• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının musiqi məktəblərinə yeni direktorlar təyin edildi

Bakının musiqi məktəblərinə yeni direktorlar təyin edildi
07.01.2016 18:29

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 36 nömrəli Uşaq Musiqi Məktəbində və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Oqtay Tofiq oğlu Muxtarov 36 nömrəli Uşaq Musiqi Məktəbinin, Əziz Yaşar oğlu Qarayusifli isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.

Bu təyinatadək O.Muxtarov nazirliyin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb, Bakı Musiqi Akademiyasının məzunudur. Ə.Qarayusifli isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

Yeni təyin olunan direktorların qarşısına nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr qoyulub.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol