• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur türk şoumen haqqında təhqiqat başladı

Məşhur türk şoumen haqqında təhqiqat başladı
11.01.2016 16:16
Türkiyənin İstanbul şəhərinin Bakırköy rayon Cümhuriyyət Prokurorluğu məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) haqqında təhqiqata başlayıb.
 
APA-nın "Cumhuriyet” qəzetinin saytına istinadən verdiyi məlumata görə, bu barədə prokurorluğun rəsmi açıqlamasında bildirilir. Açıqlamada deyilir ki, "Kanal D” televiziyasında 8 yanvar 2016-cı il tarixində efirə gedən "Beyaz Show” proqramında terror təşkilatının təbliğatının aparıldığı iddiası ilə əlaqədar təhqiqata başlanıb: "Proqramın videoyazısı araşdırılır. Proqrama məsul olan şəxs, aparıcı və canlı yayına çıxan şəxs də aparılan araşdırmaya daxildir”.
 
Qeyd edək ki, "Beyaz Show”ya canlı telefon bağlantısı ilə qoşulan və özünü "Aişə müəllimə” kimi təqdim edən qadın ölkənin cənub-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda uşaqların öldürüldüyünü bildirib. Bəyaz və zalda proqramı izləyən tamaşaçılar isə qadını alqışlayıb. Sosial və ənənəvi mediada etirazlar başladıqdan sonra Bəyaz "Kanal D”nin efirində üzr istəyib: "Mən polis övladıyam. Ailədə vətənimizə, millətimizə, bayrağımıza bağlılıq duyğuları ilə böyüdük. Məndən belə bir şey necə gözləyə bilərlər? Qadın "burada uşaqlar ölür, bunun fərqindəsinizmi?” dedikdən sonra beynim dayandı. Belə çıxdı ki, orada uşaqlar ölür, biz isə burada əylənirik. Konsentrasiyamı itirdim. Həmin an öz daxili səsimi dinləyirdim və telefonda danışan qadını dinləyə bilmədim. "Hər zaman həssas olacağıq, daha diqqətli olmağa çalışacağıq, təşəkkür edirəm, alqışlar” dedim. Müəllimə olduğunu söylədi, mən də bizim təhsil sistemimizdə çalışan müəllimə olduğunu düşündüm. Lakin Təhsil Nazirliyi belə bir müəllimənin olmadığın açıqladı. İstəmədən bəzilərini üzmüşüksə və incitmişiksə, üzr istəyirəm”.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol