• $
  • €
  • ₽
  • ₺
  • £

Lorin Stein: Nəsr yazmaq tvit, status yazmağın tam əksidir

Lorin Stein: Nəsr yazmaq tvit, status yazmağın tam əksidir
12.01.2016 22:25

Dünyanın mühüm ədəbiyyat tribunalarından biri olan "The Paris Review" dərgisinin baş redaktoru, tənqidçi Lorin Stein bu həftə "New York Times" qəzetində müasir ədəbiyyat haqqında "Naqilsiz sözlər" adlı yazı yazıb. O, müasir ədəbiyyatda "yaxşı"nın, "pis"in nə olduğuna dair mülahizələrini bölüşüb.

Məqalənin əsas hissələrini təqdim edirik:

"Eyni şey şeirə də, nəsrə də aiddir. Bu gün çoxlu "ədəbi” hekayənin və romanın arxasında eyni bir səsi eşidirəm: bu, klaviaturada yazan barmaqların səsidir. Söhbət həm bizim jurnala göndərilən, həm də başqa yerlərdə oxuduğum mətnlərdən gedir.

Təhkiyəçinin səsini eşitməli olduğum, əsərdə məsələn, nahar süfrəsi arxasında əyləşmiş ailəni görməli olduğum vaxt, məhsulunu irəli itələməyə çalışan müəllifi görürəm, yazı masası arxasında oturmuş, şok etmək, cəlb etmək üçün əlindən gələni edən yazıçının görüntüsü yazıdan önə keçir.

Aktyorluq sənətində "ictimai tənhalıq” deyilən bir metod var. Bu, səhnədə, tamaşaçıların qarşısında tək, tənha olmaq qabiliyyətidir.

Auditoriyaya necə göründüyünün qayğısına qalmadan, onları unudaraq tək-tənha olmağı bacarmaq deməkdir. Yalnız bu zaman sənətkar bir xarakter yarada, səhnədəki digərlərinə yaxşı fikir verə və ifa edərək səhnəni canlandıra bilər.

Hekayə yazmaq da belə bir ictimai tənhalıq tələb edir. Necə səsləndiyin sənin vecinə olmamalıdır. Xarakterlərin xoşagəlimlidirmi, maraqlıdırmı – belə şeylər düşünməməlisən. Səhnənin içində olmalısan – əllə toxunula bilən masanın arxasında, gün işığında əyləşərək, görünməyən reallıqda mövcud olan insanlara - xaraktelərinə baxmalısan.

(Heyrətediləcək qədər çox yazıçılar var ki, səslər eşidirlər, özü də məcazi mənada yox. Onlar başlarının içində xarakterlərinin səslərini eşidirlər)…

Bütün bu səbəblərdən, nəsr yazmaq yaxşı tvit yazmağın, Instagram fidi aparmağın tam əksi olan işdir.

Nəsr yazmaq öz həyatından yazmağın peşəyə çevrildiyi yazıların tam əksidir.

İndi bizim həmişəkindən də çox, şəxsi dünyası öndə gələn, qeyri-peşəkar yazıçılara ehtiyacımız var. Əlbəttə ki, Elena Ferrantenin Neapolitan trilogiyasının "Mənim mübarizəm” kitabı kimi vurucu əsərlərin vəhşi uğuru da bu ehtiyacımızla əlaqədardır.

ABŞ-da beş il öncə başlanmış ədəbiyyatın kiçik intibahı adlandıra biləcəyim yeni nəsil yazıçıların da uğuru bununla bağlıdır. (Bu yerdə Loren Stein yeni yazıçıların adlarını çəkir)

Bu yeni nəsil yazıçılar oflayn rejimdə işləyirlər, sözün hərfi və məcazi mənasında. Onlar bizə intimliyə dair, səhnədə tənha olduqlarına dair əminlik verirlər. Onlar bizə məhsul naminə "mən”dən yazmadlqlarını göstərirlər.

Onların esselərini, əsərlərini oxuyanda ətraflarındakı sükutu hiss edirik. Fikrə qərq olmuş bədənin sakitliyini duyuruq. Belə şeylər nə əsərdə, nə də həyatda saxtalaşdırıla bilməz.

İndi ədəbiyyata belə yazılar gərəkdir. Həm də ona görə ki, indi belə yazmaq çox çətindir." /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol