• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı rəssam Fransanın Cəngavər mükafatıyla təltif olundu

Azərbaycanlı rəssam Fransanın Cəngavər mükafatıyla təltif olundu
14.01.2016 12:05
Dünən günorta saatlarında Fransanın Tehrandakıki səfirliyində keçirilmiş mərasimdə azərbaycanlı İran rəssamı Aydın Ağdaşlı, Fransanın İrandaki səfiri və mədəniyyət naziri tərəfindən bu ölkənin incəsənət üzrə ən ali nişanı sayılan "Cəngavər” mükafatı ilə təltif olunub

Mərasimdə Fransanın mədəniyyət naziri və bu ölkənin Tehrandakı səfiri, A.Ağdaşlının İran və dünya rəssamlığındakı yerindən söhbət açıblar. Onun əsərləri və yaradıcılığı barədə ürək sözlərini bəyan ediblər.

A.Ağdaşlının əski dostu və Fransanın bir çox ali nişanı ilə təltif olunmuş filosof Dariyuş Şayeqan (İran azərbaycanlısı) isə rəssamın yaradıcılıq fəlsəfəsindən danışıb. Onun fikrincə, A.Ağdaşlı İran rəssamlıq sənətinin Xəyyamıdır.

Görkəmli rəssam, sənətşünas və tənqidçi Aydın Ağdaşlı (Agdashloo) əsərlərinə, yaradıcılığına verilən dəyərə görə, Fransanın mədəniyyət naziri və səfirinə təşəkkür etdi.

Yazar Elşən Böyükvəndin İrandan verdiyi xəbərə görə, Aydın Ağdaşlı özünəməxsus səmimiyyət və təvazökarlıqla bu mərasimin səssiz və hay-küysüz şəkildə keçirilməsini tələb etmişdi. Onun istəyi üzrə səfirlikdəki törən tam sakit bir şəraitdə baş tutdu.

Aydın Ağdaşlı Azərbaycan Xalq Cumhuriyyətinin 1919-20-ci illərdə daxili işlər naziri olmuş Məhəmməd Hacıyevin oğludur. Bolşeviklər 20-ci əsrin əvvəlində Müsavat hökumətini devirdikdən sonra Ağdaşlının ailəsi İrana köçməyə məcbur olmuşdu. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol