• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat xidməti: YUĞ Teatrı hələlik heç yerə köçməyib

Mətbuat xidməti: YUĞ Teatrı hələlik heç yerə köçməyib
14.01.2016 16:37
"Azərbaycan Dövlət YUĞ Teatrının Murtuza Muxtarov 83 ünvanında yerləşən binasının sökülməsi məsələsi şəhərin baş planına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsindədir".  
 
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məsələyə müvafiq qurumlarda baxılır: "Hələ ki, YUĞ Teatrı heç yerə köçməyib. Hazırda öz binamızda fəaliyyətimizi davam etdiririk. İstənilən halda teatr fəaliyyətini davam etdirəcək. Çünki YUĞ Teatrı binadan ibarət deyil. Teatrın binasının sökülüb-sökülməməsi və ya binanın söküləcəyi təqdirdə kollektivin fəaliyyətini harada davam etdirməsi isə teatrın səlahiyyətində olan məsələ deyil” - deyə, teatrdan bildirilib.
 
Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində aparılan söküntü işləri ilə əlaqədar Dövlət YUĞ Teatrının binasının sökülməsi də gözlənilir.
 
Azərbaycan Dövlət "Yuğ" Teatrı 1989-cu ildə rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb və Milli Teatrın dördüncü mərtəbəsinin kiçik səhnəsində fəaliyyətə başlayıb. 1993-cü ildə teatra Dövlət statusu verilib. 2003-cü ildə isə "Yuğ" Teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb. "Yuğ" Teatrının poetikası qədim türklərin "yuğlama" (həlak olmuş igidin şərəfinə qopuz /saz/ musiqisinin müşayətilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənələrilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin suintezi üzərində qurulub.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol