• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq jurnalda

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq jurnalda
18.01.2016 22:00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti teatrın üzv olduğu Beynəlxalq qurumun jurnalında öz əksini tapıb. Beynəlxalq ASSİTEJ-in hər ay dərc olunan jurnalında ASSİTEJ-Azərbyacan Milli Mərkəzinin (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) dekabr ayı üçün olan yenilikləri yer alıb.
 
Hər ay mütəmadi olaraq həm elektron, həm də kağız formatında dərc olunan jurnalda bu dəfə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestadla baş tutmuş görüş haqqında məlumat verilib.
 
Jurnalda göstərilib ki, İsveçin Azərbaycandakı səfirliyi görkəmli İsveç dramaturqu Astrid Lindqrenin bir neçə ən məşhur əsərini Azərbaycan dilinə tərcümə edəcək. Tərcümə olunacaq əsərlər içərisində "Balaca və damda yaşayan Karlson”, "Uzuncorab Peppi” və digərləri var. Tərcümə olunan əsərlər kitab halına salınaraq qaçqın şəhərciyində yaşayan uşaqlara paylanacaq. Həmçinin jurnalda yazarın əsərlərindən hər hansı birinin birgə əməkdaşlıq layihəsi çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcəyi də göstərilib.
 
Jurnalda toxunulan digər məsələ ASSİTEJ – Azərbyacan Milli Mərkəzinin  baş katibinin dəyişdirilməsi və İdarə Heyətində edilən dəyişikliklərlə bağlıdır.
 
Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2011-ci ildən Beynəlxalq Uşaq və Gənclər Teatrı Assosiasiyasına (ASSİTEJ) üzvdür.
 
Dünyanın 100-dən artıq inkişaf etmiş ölkəsi bu nüfuzlu teatr qurumuna üzvdür. Və qurumun hər ay dərc olunan jurnalında 100-dən artıq Milli Mərkəzin teatr mühitində baş verən yeniliklər, beynəlxalq mədəni hadisələr yer alır.  
 
Jurnalla aşağıdakı link vasitəsilə daha yaxından tanış ola bilərsiniz.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol