• $
  • €
  • ₽
  • ₺
  • £

Cüzeppe Verdinin iki ölməz əsəri Opera və Balet Teatrında

Cüzeppe Verdinin iki ölməz əsəri Opera və Balet Teatrında
21.01.2016 17:38
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yanvar ayında klassik opera musiqisi həvəskarlarını Cüzeppe Verdinin iki ölməz əsəri – "Traviata” (23 yanvar) və "Aida” (30 yanvar) operalarının tamaşalarına dəvət edəcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, uzun illərdən bəri Teatrın repertuarında olan hər iki tamaşada teatrımızın solistləri ilə yanaşı vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş vokal ulduzları da çıxış edir. Yanvarın 23-də baş tutacaq "Traviata” operasının tamaşasında Violetta partiyasını Əməkdar artist İlahə Əfəndiyeva, Alfred rolunu isə Əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Jermon partiyasında çıxış etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin dəvət olunub. Tamaşada həmçinin Xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar artistlər Səbinə Vahabzadə (Flora) və Anton Ferştandt (Doktor) çıxış edəcəklər. Tamaşanı dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcək.

Yanvarın 30-da keçiriləcək "Aida” operasında isə Azərbaycanlı opera sənətçiləri – Xalq artisti Əli Əsgərov (Misir şahı), Əməkdar artistlər Səbinə Vahabzadə (Amneris), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) ilə yanaşı həm də Ukraynanın Əməkdar artistləri Viktoriya Çenskaya (Aida) və Dmitri Qrişin, Beloruslu vokalçı, Belorusun Xalq artisti Sergey Frankovski (Radames) çıxış edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol