• $
  • €
  • ₽
  • ₺
  • £

GTT-da “Dovşanın ad günü” tamaşasının premyerası keçirildi

GTT-da “Dovşanın ad günü” tamaşasının premyerası keçirildi
28.01.2016 20:51
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Dovşanın ad günü” tamaşasının premyerası baş tutub. Görkəmli uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir.
 
Tamaşada  mərhum bəstəkar, Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunur.

Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa ediblər. 

Tamaşanın premyerasından sonra çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, Xanımana Əlibəylinin qızı, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, filologiya elmləri üzrə fəlsəfə doktoru, tənqidçi Qurban Bayramov, filologiya elmləri doktoru, professor Zahid Xəlil Xanımana Əlibəylinin uşaq ədəbiyyatına verdiyi bir-birindən zəngin töhvələr, Gənc Tamaşaçılar Teatrında müəllifin səhnələşdirilən əsərlərinin uğurlu həlli haqqında danışaraq yeni səhnə əsərində rol olan aktyorlara peşəkar ifalarına görə öz təşəkkürlərinin bildiriblər. 

Məlumat üçün bildirək ki, tamaşa ilk dəfə ötən əsrin 50-ci illərində, ikinci dəfə 2000-ci ildə səhnələşdirilib. Səhnə əsərinin maraqlı mövzusu və aktuallığı əsərə üçüncü dəfə müraicət etməyə səbəb olub.






                                                                                    Teatrın mətbuat xidməti 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol