• $
  • €
  • ₽
  • ₺
  • £

Əliağa Vahidin qəzəlləri Türkiyədə nəşr olundu

Əliağa Vahidin qəzəlləri Türkiyədə nəşr olundu
01.02.2016 12:02
Qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab Türkiyədə dərc olunub. 

APA-nın məlumatına görə, "Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri” adlı əsərin müəllifi filologiya elmlər doktoru Mahmut Sarıkayadır.
 
Əsərə elmi rəy isə məşhur türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən yazılıb.
 
Kitabın ilk hissəsində Ə. Vahidin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Dr. Mahmut Sarıkaya əvvəlcə Ə. Vahidin yaşadığı dövrü və ictimai-siyasi şəraiti təhlil edib, sonra onun ədəbi şəxsiyyəti və əsərləri barədə məlumat verib. Oxucu Ə. Vahidin üslubu, rəsmi Azərbaycan dilindəki bəzi qaydalar yerinə bəzən Türkiyə türkcəsinin qaydalarından istifadə etməsi barədə məlumatlandırılıb, bu barədə tezislər misallar ilə izah edilib. Kitabda Ə. Vahidin qəzəllərinin Türkiyədə dərc olunması üçün uyğunlaşdırılması zamanı diqqət edilən məqamlar barədə məlumat da verilib.
 
Kitabda Əliağa Vahid ilə bağlı son illərdə dərc olunan bəzi əsərlərdə yol verilmiş olan müəyyən səhvlərə də toxunulub. Dr. Mahmut Sarıkaya bu hissəni yazarkən Azərbaycanda, Türkiyədə və İranda Ə. Vahidlə bağlı dərc olunmuş əsərlərdən istifadə edib.
 
Kitabın ikinci hissəsində isə şairin 339 qəzəlinə yer verilib. Kitabın diqqət çəkən xüsusiyyətlərindən biri də budur ki, qəzəllər oxucuya  çatdırılarkən orijinallıqları mümkün qədər qorunub.
 
Qeyd edək ki, əsərin müəllifi olan Dr. Mahmut Sarıkaya əslən Azərbaycan türklərindəndir. Valideynləri Qərbi Azərbaycandan (indiki Ermənistan) Türkiyənin Qars vilayətinə köçüb. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol