• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda həftə sonu 5 tamaşa nümayiş olunacaq

Musiqili Teatrda həftə sonu 5 tamaşa nümayiş olunacaq
03.02.2016 21:40

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.
 
ANN.Az xəbər veirr ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bunlar 5, 6, 7 fevral tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Qafqazlı qardaşqızı” (R. Hacıyev), Anar Sadıqovun səhnələşdirməsində "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), "www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Düyməcik” (H.K. Andersen) və "Ər və arvad” (Ü. Hacıbəyli) tamaşalarıdır.
 
Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 5 fevral saat 19.00-da SSRİ Xalq artisti R. Hacıyevin "Qafqazlı qardaşqızı” əsəri böyüklər üçün, 7 fevral saat 12.00-da isə H.K. Andersenin "Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 6 fevral saat 12.00-da Ş. Peronun "Yatmış gözəl və cırtdanlar” əsərini Azərbaycan dilində izləyə biləcəklər.
 
Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, Emma Məlikova, aktyorlar Emil Heydərov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Yuliya Heydərova, Möylə Mirzəliyev, Rauf Babayev, Gülcahan Salamova, Elçin İmanov, Marina Litvinenko, Fərid Rzayev, Cəlalə Novruzlu, Ağaxan Şərifov, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Gülnarə Əzizova, Elxan İsmayılov, Nicat Həbibov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı ayın ilk həftəsini xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
 
Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol