• $
  • €
  • ₽
  • ₺
  • £

“YUĞ” Teatrı yeni məkanda fəaliyyətə başladı

“YUĞ” Teatrı yeni məkanda fəaliyyətə başladı
04.02.2016 09:36
Azərbaycan Dövlət Kukla Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "YUĞ” Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Bu barədə "Report” a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 nömrəli qərarı ilə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə torpağın və daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən M. A.Əliyev küçəsi (sağ və sol) və M. F. Axundov döngəsi boyunca yolun tikintisi işlərinə başlanılıb. Azərbaycan Dövlət "YUĞ” Teatrının binası yol qovşağının ərazisinə daxil olduğu üçün sökülən binaların siyahısına salınıb. Bununla bağlı teatrın kollektivi 2016-cı il fevral ayının 1-dən Azərbaycan Dövlət Kukla Teatrının binasında yerləşdirilib. Kukla Teatrının rəhbərliyi "YUĞ” Teatrının peşəkar səviyyədə tam qüvvəsi ilə fəaliyyət göstərməsi üçün lazımi şərait yaradıb. Tamaşalar Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.

Toplantı zamanı nazir müavini Ə.Vəliyev məsələnin mahiyyətini bütün təfsilatı ilə kollektiv üzvlərinə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib.

Görüş zamanı tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub. Teatrın kollektivi son vaxtlar onları narahat edən məsələlərə tam aydınlıq gətirildiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildirib. "YUĞ” Teatrı tezliklə yeni məkanda tamaşalarını teatrsevərlərə təqdim edəcək.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol