• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi

Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi
04.02.2016 14:16
2016-cı il fevral ayının 3-də İsveç Krallığının Bakıdakı Səfirliyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, TeliaSonera/Azercell və "Əli və Nino” birgə sosial layihənin təqdimat mərasimini həyata keçirmişdir. 

Təqdimat mərasimi Masazırda yerləşən məcburi köçkün şəhərciyində baş tutmuşdur.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəblərinin hər birini İsveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 ədəd kitabı ilə təmin edəcəkdir.

Layihə qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracaqdır.

Kitablar eyni zamanda "Əli və Nino” kitab dükanlarında satışda olacaqdır ki, bu da ümumilikdə Azərbaycan dilində keyfiyyətli uşaq ədəbiyyatı nümunələrini əldə etmək imkanını artıracadır.

Eyni zamanda bu layihə İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatının yayılmasına kömək edəcəkdir.

Uşaq ədəbiyyatı üzrə İsveç və Azərbaycanlı mütəxəssislər arasında müzakirələrin aparılması və bu kimi digər qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi Azərbaycan və İsveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Layihənin təqdimat mərasimi üçün Astrid Lindqrenin kitablarından qısa səhnəciklərin hazırlanmasında məcburi köçkün məktəbinə köməklik göstərmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Astrid Lindqrenin əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

İsveç səfirliyi eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaqdır ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol