• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda yeni uşaq tamaşası – “Qızıl cücə” - FOTOLAR

Musiqili Teatrda yeni uşaq tamaşası – “Qızıl cücə” - FOTOLAR
10.02.2016 13:33

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, "Qızıl cücə” adlanan nağıl-tamaşanın müəllifləri V. Ulyanovskiy və V. Orlovdur. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsərinin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır. "Tamaşamız uşaqları əyləndirməklə yanaşı, həm də onların intellektinin inkişafına yardımçı olacaq. Bu səhnə əsərinin çox maraqlı süjet xətti var. Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə oturub. Bunu bilən hiyləgər tülkü canavarı yoldan çıxarır və onlar əsasən canavarın iştirakıyla həmin yumurtanı oğurlayırlar. Özünü işə vermək istəməyən tülkü yenə hiyləgərlik edərək canavarı həmin yumurtanın üstündə oturdur. Tülkü və canavar düşünürlər ki, yumurtadan qızıl cücə çıxacaq, onlar bu qızıl cücəni çoxaltmaqla varlanacaqlar. Vaxt-vədə yetişir, amma yumurtadan çıxan balaca cücə fərə yox, beçə - xoruz olur. Məhz bundan sonra da tülkü ilə canavarın arasında əsl intriqa başlayır. Ümumiyyətlə, tamaşanın əsas məğzini mərhəmət, qayğı, sevgi təşkil edir. Sevginin ən qəddar məxluqu belə mərhəmətli etməsi tamaşa boyu xüsusi vurğulanır”, - deyə Svetlana Bulax bildirib.
 
Qeyd edək ki, tamaşanın rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol