• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Pul qazanmaq lazımdır, amma bunu yalançılıqla etmək olmaz"

Nazir: "Pul qazanmaq lazımdır, amma bunu yalançılıqla etmək olmaz"
10.02.2016 17:43
"Azərbaycanın rayon və şəhərlərində fəaliyyət göstərən mədəniyyət evləri və klublar ötən il 230 min manat qazanıblar. Bu gəlir çox azdır. Həmin klub müəssisələrinin dövlətdən aldığı vəsaitin heç yarısı belə deyil. Bunun da ən başlıca səbəblərindən biri mədəniyyət sahəsində çalışan adamların savadının, mədəni səviyyəsinin istənilən səviyyədə olmamasıdır".

"Report" xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin Şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bölgələrdə olan mədəniyyət evləri və klub müəssisələrində çalışan kadrların əksəriyyətinin ali savadı yoxdur.

Ə.Qarayev qeyd edib ki, mədəniyyət sahəsində mədəniyyəti bilən, sevən adamlar çox azdır: "Reallıq budur. Mədəniyyətin iqtisadi tərəflərini gücləndirmək lazımdır. Əgər belə olmasa, mədəniyyət müəssisələri müflisləşəcək və ixtisarlar çoxalacaq. Mədəniyyət sahəsində işləyənlərin maaşlar azdır. Bu da reallıqdır. Pul qazanmaq lazımdır, amma yalançılıqla pul qazanmaq olmaz. Maliyyə Nazirliyinin 2015-ci il üzrə apardığı araşdırmalar nəticəsində məlum olub ki, bir çox rayon və şəhərlərin mədəniyyət müəssisələrində yeyinti hallarına yol verilib. Həmin araşdırmanın nəticələri Mədəniyyət və Turizm Nazirliyinə də təqdim olunub. Həmin mədəniyyət müəssisələrində çalışmayan adamların adına maaş yazılır. Belə faktlar var. Bunlar yolverilməzdir. Mən xəbərdarlıq edirəm, bu məsələlər davam etsə, sizin bir çoxunuzla xudafisləşməli olacayıq"

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol