• $
  • €
  • ₽
  • ₺
  • £

ADGTT-da 5 illik hesabat

ADGTT-da 5 illik hesabat
12.02.2016 16:12
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin iclası keçirilib.

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, iclas 5 il öncə yaradılan və bütün tamaşalarda izləyicilərin ixtiyarına verilən "Rəy kitabı”nda yazılan fikirlərin müzakirəsinə həsr edilib. Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək rəy kitabında yazılan fikirlərlə iclas iştirakçılarını tanış edib: "Tamaşalarımızın, eləcə də aktyorlar və rejissorlarımızın peşəkarlıq səviyyəsini müəyyən etmək, tamaşaçılarımızın teatrımıza, nümayiş etdirdiyimiz səhnə əsərlərinə münasibətlərini öyrənmək üçün 2011-ci ildə "rəy kitabı”nın yaradılmasına qərar verdik. Bu kitabda müxtəlif təhsil müəssisələrinin müəllim, şagird, valideyn və tələbə kollektivi, eləcə də sıravi tamaşaçıların, xarici ölkə vətəndaşlarının  rəyləri yer alıb. Rəylər həm uşaq, həm də böyük tamaşalarına yazılıb. Mən demək olar ki, bütün rəylərlə tanış olmuşam. Kitabda yazılanların 98%-i müsbət fikirlər, gələcəklə bağlı maraqlı təkliflər, yerli və xarici dramaturqların əsərlərinə müraciətlə bağlıdır. İzləyicilərimiz səhnə əsərlərinə maraqla baxdıqlarını, çox böyük zövq aldıqlarını, gələcək tamaşaları səbrsizliklə gözlədiklərini qeyd edirlər. Bu kimi fikirlər təbii ki, bizi çox sevindirir və gələcək uğurlara stimul verir. Rəylər arasında bəzi nöqsanlar, iradlar da göstərilir ki, bu da normaldır. Çünki iş olan yerdə nöqsan da olur. Biz çalışacağıq ki, növbəti tamaşalarımızda izləyicilərimizin bizə göstərdikləri etimadı doğruldaraq göstərilən təklif və iradları aradan qaldıraq”.
 
İclasda iştirak edən teatrın quruluşçu rejissorları hazırlanacaq gələcək tamaşalarda göstərilən təklif və iradları nəzərə alacaqlarını bildirərək, rəy kitabında qeyd edilən fikirlərin teatrın 90 illik yubileyində kitab şəkildə nəşr olunması, habelə bu rəylərin teatrın saytında və KİV-də yerləşdirilməsini təklif ediblər.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol