• $
  • €
  • ₽
  • ₺
  • £

“Ana, məni bu gün teatra apar”

“Ana, məni bu gün teatra apar”
28.05.2020 19:55
"20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  "Tamaşaların paradı” olacaq.

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı – ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumun iclasında müzakirə edilən əsas məsələ "20 mart Dünya Uşaq və Gənclər Teatr Günü” olub.
 
Giriş sözü ilə çıxış edən Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ –Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar Artist Mübariz Həmidov  həmin gün haqqında ətraflı məlumat verib: "Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. 2011-ci ildən sözügedən quruma üzv olan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günün xüsusi qeyd edilməsini artıq adət halına gətirib. "Ana, məni bu gün teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir. Biz də uşaq və yeniyetmələrin teatrı olaraq nümayiş etdirdiyimiz səhnə əsərləri ilə bütün tamaşaçılarımızın mənəvi cəhətdən zənginləşməsi, dünyagörüşlərinin formalaşmasına çalışırıq. Elə buna görə də 20 mart xalqımızın Milli Novruz bayramı günlərinə təsadüf edən Dünya Uşaq və Gənclər Teatr Günü münasibətilə  - mart ayının 18-dən – 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək tamaşalar "Tamaşaların paradı” adı altında təqdim ediləcək”.
 
M.Həmidovun sözlərinə görə dünyanın 104-dən artıq ölkəsinin qoşulduğu Beynəlxalq ASSİTEJ-in hər bir Milli Mərkəzində bu günlə bağlı xüsusi hazırlıqlar görülür:  "Yeni hazırlanan uşaq tamaşaları, sərgilər, master-klass və treninqlər bu xüsusi günün ayrılmaz hissəsinə çevrilir. Biz də bayram ərəfəsində nümayiş etdirəcəyimiz tamaşalarımızla həmin günün Azərbaycanlı tamaşaçıları üçün əsl bayram əhval-ruhiyyəsi yaradacağına ümid edirik”.
 
Məlumat üçün bildirək ki, bayram ərəfəsində yeni "Möcüzəli turp” (Rus Xalq nağılı), eləcə də cari repertuarda olan "Tıq-tıq xanım” (A.Şaiq), Qoğalın nağılı” (Xalq nağılı) və "Dəcəl keçi” (P.Nurəliyeva) tamaşaları nümayiş etdiriləcək.



                                                       


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol