• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ

Bakıda ekskuliziv işlər sərgisi keçirildi – REPORTAJ
29.05.2020 06:17



Bir neçə gündən sonra bütün dünya gəncləri və sevənlər Sevgililər gününü qeyd edəcəklər. Bizim ölkəmizin sevən qəlbləri də bu bayrama qoşulacaqlar, sevgililər bir-birlərini hədiyyələr bağışlayacaqlar. Buna görə də əl işləri ustalarımız boş dayanmayıblar, onlar üçün hədiyyələr hazırlayıblar. 

Keçən bazar günü istedadlı, florist, geyim dizayneri və bacarıqlı təşkilatçı Ella Bağırova "ISR PLAZA”da ustaların əl işləri yarmarkasını təşkil etmişdi, beləliklə, bakılılar əl işlərindən ibarət işləri əldə edərək sevdiklərinə hədiyyə etmək şansı qazanmışdılar. 
 


Yarmarkada bijuteriya, irland krujevası, yağlı boya və akrillər, izon texnikası və almaz tikişi ilə hazırlanmış şəkillər, balıqqulaqlarından, vitraj boyasıyla işlənmiş qab-qacaq, muncuqdan, kağız və ağacdan hazırlanmış bər-bəzək, təbii sabun və kosmetika, toxunma işlər, oyuncaqlar və s. satışa çıxarılmışdı. 

Vitraj işləri arasında Leyla Məliovanın işləri göz oxşayırdı, o, məşhur azərbaycanlı və yabançı rəssamların rəsmləri əsasında yaradır. 

Alena Səlimovanın şərfləri isə irland krujevası texnikası əsasında işlənmişdi, "Krujeva akvareli” texnikası hər zaman insanlarda heyranlıq hissi oyadır. Qeyd edim ki, bizdə irland texnikası əsasında işləyən yeganə usta Alenadır. Onun gördüyü bütün işlər həm peşakarlıq, həm də ruh baxımdan seçilir. Sevgililər günündə onun əl işindən ibarət olan hədiyyə istənilən qızın önlünü oxşayar. 
 
 

Bədirə xanımın muncuq və saplardan, Svetlana Hacıyevanın dəridən, daşdan və qurudulmuş güllərdən, Rəna Qorxmazın polimer gilindən ibarət bijuteriyası, Kamilla Kərimovanın qeyd dəftərləri və stimpank üslubundakı bəzəkləri nağıllardakı möcüzələri xatırladırdı. 

Bu qəbildən olan yarmarkaların daimi iştirakçısı İnessa Sadiqi öz möhtəşəm bijuteriyalarıyla fərqlənir. 
 


İndilərdə bir çox qadınlar artıq təbii kosmetikadan istifadə etməyə başlayıblar, bu işdə isə tanınmış sabunçumuz Sevda Qasımova ustadır. Onun orqanik kremləri, lasyonları, maskaları, tonikləri, balzamlarından bizim xanımlar istifadə edirlər. Müasir dövrdə ekoloji təmiz kosmetikadan gözəl nə ola bilər? Buna görə də təkcə Sevda Qasımovanın deyil, Svetlana Cəfərovanın və Tatyana Nağıyevanın da bu sahədəki fəaliyyəti çox əhəmiyyətlidir. 

İradə Rzayevanın Azrbaycan vitraj boyaları üslubunda hazırlanmış dekorativ boşqaları, nəlbəki və armudu stəkanları göz oxşayır. 

Natalya Motorina isə əllə işlənmiş çətirlərdə ixtisaslaşıb, onun çətirləri çox etibarlıdı, boyası ərimir, yanmır. 
 


Hər bir belə yarmarka yeni ustaların kəşf edilməsi baxımından çox əlamətdardır. Ella Bağırova iştirakçılara özlərini sübut etmək imkanı qazandırır. Bu yarmarkada bu baxımdan istisna deyildi. Bu baxımdan 15 yaşlı rəssam Murad Mirzazadənin yarmarkada iştirakını vurğulamaq olar. O, yarmarkada müxtəlif texnikalarda: akil, quaş, akvarel, pastel, karandaş və markerlərlə işləniş əl işlərini təqdim edirdi.  

Gənc Ayşən Hacıyeva isə muncuqtoxuma ilə məşğul olur. O məşhur usta Bədirə Əliyevanın şagirdidir, təsadüfi deyil ki, Ayşənin işləri zövqüylə və peşəkarlığı ilə fərqlənir. 

Zerri Teymurova isə yapon bəzəyi olan kandzasi ilə məşğul olur. Yarmarkada birinci dəfə iştirak edən Səbinə Quluzadə sabunbişirmə ilə məşğul olur. Seyidova Sura balıqqulaqlarıyla işləyir. Onun balıqqulaqlarından hazırlanmış bütöv bir kolleksiyası var. 
 


Yarmarkada iştirak edən digər ustalara misal kimi Elnarə Mirsəlimovanı, Xuraman Kaplanı, Yelena Zalovanı, Fəxriyyə İbrahimovanı, Əminə Mazqarovanı və digərlərini göstərmək olardı. Bu ustaların hər biri öz yüksək zövqləri və peşakarlıqları ilə seçilirlər...

Beləliklə, bizim ustalarımızın bacarıqlı, qızıl əllərindən hazırlanmış 15-ci əl işləri yarmarkası yekunlaşdı. Yarmarkada iştirak edənlərin və gələnlərin bu bayramdan həzz aldıqları onların üz cizgilərindən görünürdü...

 ANN.Az paytaxtımız Bakıda baş tutan ən maraqlı bayram, tədbir və sərgiləri işıqlandırmaqda davam edir. Bu dəfə oxucularımıza əl işləri yarmarkasından şəkilləri təqdim edirik. 

Xoş seyrlər: 
 































www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol