• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda bu həftə də maraqlı tamaşalar olacaq

Musiqili Teatrda bu həftə də maraqlı tamaşalar olacaq
16.02.2016 14:13
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə də maraqlı tamaşalar nümayiş olunacaq. 

Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, həftəsonu tamaşaçılara 3 gün ərzində 6 tamaşa təqdim ediləcək. Bunlar 19, 20, 21 fevral tarixlərində saat 12.00, 14.00 və 19.00-da göstəriləcək "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Skapenin kələkləri” (J.B. Molyer), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və "Bir dayan, canavar!”  (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftəsonu da həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 19 fevral saat 19.00-da J.B. Molyerin "Skapenin kələkləri”  əsəri böyüklər üçün, 21 fevral saat 12.00 və 14.00-da isə R. Ağayeva, A. Xayt, A. Kurlyanskinin "Bir dayan, canavar!” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. 

Balacalar həmçinin 20 fevral saat 12.00-da O. Zülfüqarov, R. Heydər "Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər. Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əzizağa Əzizov, Nahidə Orucova, Boris Qrafkin, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Emil Heydərov, Ruslan Mürsəlov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Marina Litvinenko, Fərid Rzayev, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Elməddin Dadaşov, Aydan Həsənova, Elxan İsmayılov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı həftəni xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir. 

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol