• $
  • €
  • ₽
  • ₺
  • £

“İrəvan xanlığı” və ““Böyük Ermənistan” uydurması” kitabları ispan dilində

“İrəvan xanlığı” və ““Böyük Ermənistan” uydurması” kitabları ispan dilində
29.05.2020 04:14
Tarix İnstitutunun kollektivinin hazırladığı "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Real tarix və "Böyük Ermənistan” uydurması” kitabı ispan dilində çap olunub.

Bu barədə ANN.Az-a institutun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilov məlumat verib. Onun sözlərinə görə, kitablar Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin təşəbbüsü ilə tərcümə və nəşr edilib. Kitabların Latın Amerikası ölkələrində yayılması nəzərdə tutulub.

"El kanato de Iravan: La ocupacion de Rusia y la reubicacion de los armenios hacia las tierras al norte de Azerbaiyan” adlı kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Y.Mahmudov, "HISTORIA REAL y la confabulacionsobre la "Gran Armenia”” adlı kitabın isə elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyevdir.

"İrəvan xanlığı” kitabında İrəvan xanlığının əhalisi, sosial-iqtisadi həyatı, xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik sistemi, mədəniyyəti, xarici siyasəti, Rusiya imperiyasının işğalçılıq planları, İrəvan xanlığının Rusiya imperiyası tərəfindən ələ keçirilməsi, işğal olunmuş İrəvan xanlığı ərazisinə ermənilərin İrandan və Osmanlı imperiyasından kütləvi surətdə köçürülmələri, İrəvan xanlığı ərazisindəki azərbaycanlılara məxsus yer adlarının kütləvi surətdə dəyişdirilməsi, müasir vandalizm, tarixi adlara qarşı soyqırımı və digər bölmələr vardır.

"Real tarix” kitabında isə ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) "Armeniya”, "armyane”, "erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – "Erməni yaylası” ("Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər.

"İrəvan xanlığı” kitabı bundan əvvəl ingilis, rus, rumın və italyan dillərində, "Real tarix” kitabı isə ingilis və rus dillərində çap olunub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol