• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı qalereyasında "Abşeron küləkləri" - REPORTAJ

Bakı qalereyasında "Abşeron küləkləri" - REPORTAJ
22.02.2016 12:30
Rüstəm Qasımov

Bir neçə gün əvvəl, Bakının mərkəzində, İçərişəhərdə yerləşən "Natəvan" qalereyasında "Abşeron küləkləri" adlı rəsm sərgisinin açılışı oldu. Bu sərgi müsabiqənin yekunlarına həsr edilmişdi. Tədbirin sponsoru kimi Azərbaycan mədəniyyət və turzim nazirliyi yanındakı Azərbaycan İncəsənət konsulluğu çıxış edirdi. 

Sərginin mövzusu təsadüfdən seçilməmişdi, axı Abşeron yarmadası zəngin tarixi keçmişi və saysız-hesabsız əfsanələriylə məşhurdur. 

Abşeronu küləklərsiz təsəvvür etmək qeyri-mümkündür. Gilavar və Xəzri küləklərinin adların bu məkanda yaşayan insanlar arasında dillər əzbəridir. Sərginin adının da küləklərlə bağlı olması təsadüfi deyildi. 

ANN.Az portalı Azərbaycan İncəsənət Konsulluğunun rəhbəri Dadaş Məmmədovdan mədəniyyət tədbiri ilə bağlı fikirlərini öyrəndi. Dadaş bəy qeyd etdi ki, "Abşeron küləkləri" sərgisinin əsas məqsədi Azərbaycan mədəniyyətini təliğ etmək, gənc və istedadlı rəssamlara çəkib-yaratmaq üçün stimul vermək, ən əsası isə rəssam üçün çox vacib olan sərgilənmək imkanını onlara bəxş etməkdir. "Sərgidə 15 rəssam təmsil olunur, onlar 20 iş təqdim ediblər. İş burasındadır ki, bəzi rəssamlar bir yox, iki rəsm təqdim ediblər. Rəsmlər 6 münsifin iştirak etdiyi jüri heyəti tərəfindən seçilib. Biz rəssamlarımızı həvəsləndirməyə çalışırıq ki, onlar bacardıqları qədər yeni və maraqlı işlər yaratsınlar" - Dadaş Məmmədov açıqlamasında bildirdi. 

Sərgi müxtəlif yaşlardan olan rəssamları birləşdirmişdi. Vernisajda adlarını sadaladığımız rəssamlar iştirak edirdilər: Əşrəf Heybət, Rəhim Həşimov, İntiqam Ağayev, Mirazər Abdullayev, Vüqar Əli, Könül İsmayılova, Günel Ravilova, Zöhrəb Salamzadə, Xanlar Məmmədov, Elşən İbrahimov, Vəfa Əhmədova, Əsgər Əsgərov, Səbinə Abdullayeva və digərləri...

Qeyd etmək yerinə düşər ki, sərgiyə maraq böyük idi, tədbiri işıqlandırmaq üçün bir çox KİV nümayəndələri gəlmişdilər. Tədbirə Azərbaycan rəssmlarının işlərinə tamaşa etmək üçün həmçinin ABŞ-ın Azəbaycandakı səfiri Robert Sekuta xanımı ilə birgə təşrif buyurmuşdu. 

Sərginin açılışında iştirak edə bilməyənlərin nəzərinə, sərgi fevralın 18-inə qədər açıq olacaq. 

Xoş seyrlər: 
 





















































www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol