• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” kinoteatrında “Nümunəvi erkək 2”

“CinemaPlus” kinoteatrında “Nümunəvi erkək 2”
18.02.2016 22:53
Azərbaycanın premium kinoteatrı "CinemaPlus” dəb aləmindən bəhs edən "Nümunəvi erkək 2” yeni ulduzlu komediya  filminin nümayişinə başlayıb.

Paramount Pictures şirkəti, "Nümunəvi erkək 2” filminin treylerinin rekord vurduğunu və bütün zamanların ən məşhur komediya treyleri olduğunu elan edib. 
Filmdə ulduzların sayı həddindən artıq çoxdur: Rejissor, ssenarist və baş rolu oynayan – Ben Stiller, həmçinin təqdimata ehtiyacı olmayan Ouen Uilson, Penelopa Krus, Kristen Uiq və Uill Ferrel. Dizaynerlər Tom Ford, Tommi Hilfiger, Karl Lagerfeld, Viktoriya Bekhem və supermodellər Haydi Klum və Klaudiya Şiffer. Ben Stiller  mügənni və Calvin Klein Jeans-ın siması Castin Biberi də filmdə oynamağa dəvət edib.
 
Bütün dünyanı məşhurların qətllər dalğası bürüyüb. Dəbdəbəli polis xüsusi agenti Qrosso Montana, bir vaxtlar ən yaxşılardan olan, indisə azca solğunlaşmış kişi-model Derek Zulanderə kömək üçün müraciət edir. Görəsən indi o, əzəli dostu Hanselin dəstəsində olaraq dəb üzündən baş verən cinayəti dayandıra və təntənəli şəkildə dünya podiumuna qayıda biləcəkmi? Haradakı ümumi məşhurluq üçün bircə selfi bəs edər.
 
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 
 "CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol