• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçı Umberto Eko vəfat edib

Yazıçı Umberto Eko vəfat edib
20.02.2016 10:43
Yazarın romanları bütün dünyada müxtəlif dillərdə miyonlarla tirajla çap olunub.

 
Yazdığı əsərlərlə bütün dünyada məşhur olan italyan yazıçı, akademik, tənqidçi və mütəfəkkir Umerto Eko ötən axşam 84 yaşında vəfat edib. ANS PRESS-in məlumatına görə, İtaliya mətbuatı yazıçının yerli vaxtla saat 22.30-da (Bakı vaxtıyla 19.30) yaşadığı evdə dünyasını dəyişdiyini bildirib.

Ekonun xüsusilə 1980-ci illərdən sonra yazdığı "Qızılgülün adı”, "Fukonun rəqqası”, "Baudolino”, "Praqa məzarlığı”, "Şahzadə Loananın sirli alovu” və "Bir gün əvvəlki ada” adlı roman kitabları bütün dünyada müxtəlif dillərdə miyonlarla tirajla çap olunub.  

Bundan başqa yazarın 10-a yaxın elmi publisistik əsərləri var.

Öz dövrünün ən əhəmiyyətli mütəfəkkirlərindən biri kimi tanınan Umerto Eko bir çox beynəlxalq mükafatların laureatıdır. Eko həmçinin İtaliya, Almaniya və Fransanın dövlət ordeni ilə təltif olunub və cəngavər tituluna malikdir. 
 
 

Umerto Ekonun romanları 


Umberto Eko 5 yanvar 1932-ci ildə İtaliyanın Alessandriya şəhərində anadan olub. Umbertonun babası atılmış uşaq olub və o dövrdə İtaliyada qəbul olunmuş qaydaya görə ona Ех Caelis Oblatus (yəni "Allahın bəxşişi”) ifadəsinin abreviaturasını soyad kimi veriblər. 

Turin Universitetində orta əsr fəlsəfəsivə ədəbiyyatını öyrənib. Təhsil aldığı zaman ateizmi qəbul edir və Katolik kilsəsini tərk edir. 1954-cü ildə Turin Universitetini bitirir, tarix və jurnalistika ilə məşğul olur, televiziyada çalışır, qəzetlərdə şərhçi kimi işləyir. U.Eko Milan, Florensiya, Turin universitetlərində estetikadan və mədəniyyət nəzəriyyəsindən dərs deyib. Bolonya Universitetinin professoru, fransız Fəxri Legion Ordeninin kavaleridir. U.Eko həmçinin Ceyms Bondla bağlı məsələləri öyrənən bondalogiya sahəsinin qəbul olunmuş ekspertidir.

1962-ci ildən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəli olub. Bir qızı və oğlu var.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol