• $
  • €
  • ₽
  • ₺
  • £

Elçinin "Artist"i hazırlanır

Elçinin "Artist"i hazırlanır
20.02.2016 12:43
Tamaşa Hüseyn Ərəblinskinin həyat və yaradıcılığından bəhs edir

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yazıçı Elçinin yeni əsərinin məşqləri başlayıb.

"Report" xəbər verir ki, "Artıst" adlanan tamaşa Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinskinin həyatı və sənət yolundan bəhs edir.
Əsərə teatrın rejissoru xalq artisti İranə Tağızadə quruluş verib. Hazırda məşqləri gedən tamaşanın premyerası mayda olacaq.

Xatırladaq ki, rejissor İranə Tağızadə ilk dəfə əsərə Akademik Milli Dram Teatrının səhnəsində quruluş verib. Tamaşa "Sənətkarın taleyi" adı ilə səhnəyə qoyulub. Akademik Milli Dram Teatrının repertuarında olan tamaşada baş rolu Rus Dram Teatrının aktyoru əməkdar artist Firdovsi Atakişiyev ifa edib.

Rus Dram Teatrının səhnəsində hazırlanan tamaşada baş rolu - Hüseyn Ərəblinski obrazını yenidən Firdovsi Atakişiyev canlandıracaq.
Yeni tamaşanın səhnə tərtibatını Mustafa Mustafayev, musiqi tərtibatını əməkdar mədəniyyət işçisi Vladimir Neverov hazırlayıb, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam isə Nikolay Rudıçevdir.

Tamaşada əsas rolları xalq artisti Yuri Baliyev, əməkdar artistlər Firdovsi Atakişiyev, Ayan Mir-Qasımova, Əsgər Rəhimov, Elmira Aslanova ida edir.
Digər obrazları Natəvan Hacıyeva, Teymur Rəhimov, Oleq Əmirbəyov, Murad Məmmədov, Aleksey Saprıkin, Elşad Murtuzov, Yaroslav Trifonov, Tamilla Abutalıbova, Yaqub Zeynalov, Nazim Cabbarov, Zaur İsgəndərov, Fərid Bəhramov, İbrahim Məmmədov, Boris Brodski, İosif Tkaç ifa edəcək.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol