• $
  • €
  • ₽
  • ₺
  • £

"Nikolya Şokolad Muzeyi" Gəncədə

"Nikolya Şokolad Muzeyi" Gəncədə
21.02.2016 19:00
Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məşhur "Nikolya Şokolad Muzeyi"nin eksponatlarından ibarət sərginin açılışı olub. Modern.az xəbər verir ki, sərgidə ümumi kütləsi 700 kq-dan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı-şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş edilib.

Sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev, "Nikolya Şokolad Muzeyi"nin müəllifi Nikolay Popov, "Nikolya Şokolad Muzeyi"nin yaradıcısı Leyn Andrey və şəhər ictimaiyyəti iştirak ediblər. İcra başçısı Elmar Vəliyev bildirib ki, ümumiyyətlə son günlər Gəncə şəhərində əlamətdar hadisələr baş verir.
 
Bayramlar  münasibətilə şəhər ictimaiyyətini və gəncəliləri təbrik edən Elmar Vəliyev qeyd edib ki, Gəncə şəhəri təhsilin, mədəniyyətin beşiyidir və belə hadisələrin Gəncədə olması məqsədə uyğundur. Elmar Vəliyev qeyd edib ki, əsərlərin hər biri yüksək zövq və incəliklə işlənib.

Ekspozisiyada Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi xüsusiliyi ilə seçilirdi.

Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır. 

Nikolay Popov bildirib ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş edilən sərgini bu günədək izləyənlərin sayı 500 min nəfəri keçib.

Kütləsi 65 kq olan "Qız Qalası",  512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq "Eyfel qülləsi" heykəlləri sərginin əsas eksponatları sırasındadır.

Açılış mərasimində Elmar Vəliyev tərəfindən qonağa xatirə hədiyyələri təqdim edilib. 

Qeyd edək ki, sərgi çərçivəsində şokoladdan incəsənət əsəri yaratmağı öyrənmək istəyənlər üçün Nikolay Popov ustad dərsləri də keçəcək.

Sərgi, həmçinin 2015-ci ilin may-iyun aylarında Bakıda təqdim olunub. Sərgi martın 26-dək davam edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol