• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici filmlərdə çoxlu Gürcüstan mənzərələri

Xarici filmlərdə çoxlu Gürcüstan mənzərələri
22.02.2016 19:57
"The Hollywood Reporter” Gürcüstanda son bir neçə ildə film istehsalının inkişaf etməsindən danışan məqalə dərc edib.

Məqalədə deyilir ki, Gürcüstan kinosu nümayəndələri son bir neçə həftədə Berlində Avropa Yeni Film bazarında öz film imkanlarını təşviq ediblər. Onlar beynəlxalq film şirkətlərini və tanınmış rejissorları film çəkərkən Gürcüstan mənzərə və arxitekturasından istifadə etmələri üçün şirnikləndiriblər.

Gürcülər xarici film şirkətlərinə Avropa Asiyası və Sovet mənzərələri, həmçinin qarlı dağlar, səhralar, dəniz mənzərələri, bu mənzərələr arasında bir neçə saatlıq maşın yolu olduğunu elan ediblər.

Keçən ay təsis edilmiş "Gürcüstan filmi” dövlət layihəsi Gürcüstanın məşhur binalarını və ya bayrağını göstərməklə Gürcüstanda çəkildiyini bildirən filmlərə xərclərinin 20 faizini ödəməyi vəd edib.

Məqalədə deyilir ki, Gürüstan belə bir təşviq üsulundan istifadə edən ilk Sovet respublikasıdır.

Gürcüstan Film Komissiyasından David Vashadze adıçəkilən səhifəyə müsahibəsində deyib ki, Gürcüstanda çəkilən filmlərdən ölkəni pozitiv işıqda göstərmək rica olunur. "Ərizə prosesi onlayndır, sadəcə ssenari və xahiş məktubuyla müraciət etmək lazımdır. 90 gün ərzində büdcə ayrılır".

Artıq bu sxem üzrə iki layihə cəlb olunub. Bunlardan biri ABŞ, digəri "Bollywood" filmidir. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol