• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"

Yeni ədəbiyyat jurnalı çıxdı: "Ustad"
25.02.2016 20:50
Fevralın 27-də Kitabevim.az kitab marketində "Hədəf Nəşrləri”nin təsis etdiyi "Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı keçiriləcək.

Ayda bir dəfə çap olunması planlaşdırılan dərgidə kino, teatr, musiqi və sənətin digər sahələrində məqalələr, araşdırmalar, həmçinin yeni əsərlər yayımlanır. Dərginin baş redaktoru Şəmil Sadiq, redaktoru isə Nərgiz Cabbarlıdır.

"Ustad”ın ilk sayında İsa Həbibbəylinin "Ustadlığa doğru”, Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun "Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Qan Turalının "Ustad”, Elxan Nəcəfovun "Sufilikdən bir az” məqalələri dərc edilib.

Bununla yanaşı, Nərgiz Cabbarlının Rübabə Muradova haqqında "Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, Şəmil Sadiqin "Türk hökmdarlarının sözü və qılıncı”, Dilqəm Əhmədin "Kəmalüddövlə tvitləri”, Salvador Dali "Rənglərin söhbəti”, Fərid Hüseynlinin "Cizgi roman nədir", Səma Fuadqızının İtkin düşmüş "Köpək” araşdırma və təhlil yazıları dərgidə yer alıb.

"Ustad”ın ilk sayının ədəbiyyat bölümündə Aslan Quliyevin "Gülümsəyən qız”, Kənan Hacının "Siçovullar üçün darıxan gəmi”, Müşfiq XANın "naŞİR”, Cəlil Cavanşirin "Əyyubun səbri”, Azad Qaradərəlinin "Tanış olmayan yazı” yeni hekayələri, Andre Moruadan "Yaşamaq elmi haqqında gənc dostuma məktub”, Haruki Murakamidən "Yeddinci adam”, Viktorin Orinin "Diş ağrısı, yaxud zavallı Matoren” yeni tərcümələr; Məmməd Arif və Şahmar Əkbərzadənin "Səməd Vurğun haqqında dərc olunmamış xatirələr”, Elxan Zalın "Böyük çölün böyük oğlu”, Rəsmiyyə Sabirin yeni şeirləri, Vidadi Babanlı ilə müsahibə – "Mən sovet dövrünün yazıçısıyam!” yazıları çap edilib. 

Oxu Zalı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol