• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda “Qızıl cücə” tamaşasının premyerası olacaq

Musiqili Teatrda “Qızıl cücə” tamaşasının premyerası olacaq
25.02.2016 21:45
Azərbaycan Dövlət Musiqili Teatrında 106-cı teatr mövsümünün növbəti premyerası olacaq.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət yeni uşaq tamaşası olan "Qızıl cücə”dən gedir. Teatrın rus bölməsi tərəfindən hazırlanan səhnə əsəri tamaşaçılara 27 fevral saat 12.00-da təqdim olunacaq. Yeni nağıl-tamaşanın müəllifləri V. Ulyanovskiy və V. Orlov, quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Svetlana Bulaxdır. "Tamah, var-dövlət hərisliyi, yalan, hiyləgərlik çox böyük faciələrə səbəb olur. Əsl sevgi bütün nadanlıqlara və qəddarlıqlara qalib gəlir. "Qızıl cücə” nağıl-tamaşasının verdiyi mesaj da məhz bu qəbildən olan mətləblər haqqındadır. Bu tamaşayla məqsədimiz təkcə uşaqları əyləndirmək deyil, həm də onların intellektual inkişafına yardımçı olmaqdır. İnanıram ki, maraqlı süjet xəttinə malik olan "Qızıl cücə” balaca tamaşaçılarımızın böyük marağına səbəb olacaq”, - deyə Svetlana Bulax bildirib.
 
Qeyd edək ki, yeni səhnə əsərinin rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Emil Heydərov, Mehriban Zalıyeva, Rauf Babayev, Gülnarə Kərimbəyova, Yuliya Heydərova, Gülnarə Əzizova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa edəcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol