• $
  • €
  • ₽
  • ₺
  • £

Köçəri və Yallı UNESCO Mədəni irs siyahısına göndərilir

Köçəri və Yallı UNESCO Mədəni irs siyahısına göndərilir
29.02.2016 13:26

Yallının qədim forması olan "Köçəri" ənənəvi Azərbaycan rəqsi 2017-ci ildə UNESO Mədəni irs siyahısına təqdim ediləcək.

Bu haqda Milli Elmlər Akademiyasının nümayəndəsi Atəş Əhmədli "Trend”ə məlumat verərkən deyib ki, hər bir ölkənin iki ildə bir dəfə UNESCO Mədəni irs siyahısına müraciət etmək haqqı var. Ötən il Azərbyacan bu imkandan istifadə edərək, İsmayıllının Lahıc kəndinin misgərlik sənətini İnsanlığın Mədəni irs siyahısına saldırıb.

Bugünədək UNESO Mədəni irs siyahısına Azərbaycandan səkkiz nümunə daxil edilib: Novruz bayramı, Azərbayan muğamı, Azərbaycan aşıq sənəti, Azərbaycan xalçası, Kələğayı örpəyi, tar musiqi aləti, Lahıcın misgərlik sənəti və Çövqan oyunu.

Köçəri rəqsi bizim eradan 10 min–8 min il əvvəl Qobustan qayalarında təsvir olunmuş Yallının bir növüdür. 11-ci əsrdə Mahmud Kaşğarinin yazdığı "Divani lüğəti türk” kitabında "köçəri” sözü var və bu söz "qoç”, həmçinin "köçmək” sözlərindən törəmə kimi göstərilir.

Hazırda da şənliklərdə ifa olunan Yallı rəqsinin əcdadı olan Köçəri o zamanlar yallı qaydasıyla, amma yalnız ocaq ətrafında ifa olunub. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol