• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda rus dilinə qarşı etiraz: Bir neçə tamaşaçı zalı tərk etdi

Azərbaycanda rus dilinə qarşı etiraz: Bir neçə tamaşaçı zalı tərk etdi
02.03.2016 15:13
Dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınan "İçərişəhər” bədii filminin təqdimatı keçirilib.

ANN.Az axar.az-a istinadla xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində filmin rejissoru İlqar Safat, filmin ideya müəllifi və baş rol ifaçısı Təhminə Rafaella, eləcə də yaradıcı heyətin digər üzvləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl yaradıcı heyət bir-bir səhnəyə dəvət edilib. Filmin rejissoru İlqar Safat çıxışına rus dilində başlayıb.

Bu vaxt zalda əyləşən tamaşıçalardan biri etiraz edərək rejissora Azərbaycanda olduğunu, azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini xatırladaraq Azərbaycan dilində danışmasını xahiş edib.

Etiraza daha 5 tamaşaçı qoşulub. Doğma dilində danışmasını istəyən tamaşaçılarının etirazına reaksiya verməyən rejissor çıxışını rus dilində bitirib.

Bundan sonra çıxış etməyə başlayan filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Tamella Rafaella dilimizin müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz adlandırıb.

Filmin sevgi mövzusunda olduğunu, xalqların sevgisi, mədəniyyətlər haqqında olduğunu qeyd edən aktrisa bildirib ki, filmə baxmaq istəməyənlər zalı tərk edə bilər. Bundan sonra bir neçə tamaşaçı zalı tərk edib.

Çıxışlardan sonra film nümayiş olunub.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol