• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr dəvət edir

Musiqili Teatr dəvət edir
03.03.2016 21:16

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bunlar 4, 5, 6 mart tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Ər və arvad” (Ü. Hacıbəyli), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər),  "Qızıl toy” (O. Kazımi, R. Heydər) və "Düyməcik” (H.K. Andersen) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də rus dilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 5 mart saat 12.00-da O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” nağıl-tamaşası uşaqlar üçün Azərbaycan dilində nümayiş olunacaq. Balacalar həmçinin 6 mart saat 12.00-da H.K. Andersenin "Düyməcik” tamaşasını rus dilində izləyə biləcəklər.
 
Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Əməkdar artistlər Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, aktyorlar Şaban Cəfərov, Gülcahan Salamova, Emil Heydərov, Marina Litvinenko, Ruslan Mürsəlov, Yuliya Heydərova, Möylə Mirzəliyev, Rauf Babayev, Gülnarə Əzizova, Fərid Rzayev, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı mart ayının ilk həftəsini xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
 
Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol