• $
  • €
  • ₽
  • ₺
  • £

“Rənglərin əks sədası”

“Rənglərin əks sədası”
07.03.2016 11:20
Vyana Beynəlxalq Mərkəzi – VBM bir neçə beynəlxalq təşkilatları özündə birləşdirir. 
 
Bu mərkəzdə IAEA, UNIDO, CTBTO və digər təşkilatlar fəaliyyət göstərməkdədirlər. Bunların hər biri təşkilata üzv olan ölkələr tərəfindən müəyyən edilmiş missiyanı yerinə yetirməklə dünyada sülh və təhlükəsizliyin təminatına, müxtəlif ölkələrdə yerli sənayenin inkişafına və texniki  əməkdaşlıq proqramlarının icrasına öz mühüm xidmətini göstərməkdədir. VBM nəzdində insanların müxtəlif maraqlarını özündə ehtiva edən çeşidlı dərnəklər, klublar  yaradılıb. Qış və yay İdman növləri üzrə klublar, dil tədrisi kursları və eləcə də incəsənət klubu nümunə göstərilə bilər.
 
İncəsənət klubunun qayəsi dünyanın ayrı-ayrı ölkələrində yaşayıb yaradan rəssamların işlərinin sərgilərinin təşkili və bu işlərin dünya ictimaiyyətinə tanıdılmasıdır. Klubun bu ilki planlarında Azərbaycan rəssamlarının əsərlərinin sərgisinin təşkil olunması da nəzərdə tutulub. Çox xoş haldır ki sərginin keçirilmə tarixləri Novruz bayramı günlərinə təsadüf edir.  2016-cı il Martın 21-i ilə Aprelin 1-i arasında baş tutacaq sərgidə gənc Azərbaycan rəssamları Dilşad İmranova və Nərmin Abdullayevanın rəngarəng işləri tamaşaçıların diqqətinə təqdim olunacaqdır. "RƏNGLƏRİN ƏKS SƏDASI” adlandırılmış bu sərgidə hər iki rəssam Novruz bayramı və vətənpərvərlik  mövzusu ilə bağlı, insanın daxili aləmini, mənəviyyatını müxtəlif çalarlarla, bədii obrazlar vasitəsi ilə əks etdirən ən gözəl əsərlərini nümayiş etdirəcəklər. VBM gənc rəssamlar və tamaşaçılar üçün mərkəzin daxilində yerləşən ən gözəl məkanlardan birini ayırıb.
 
Rəsmi açılış Martın 22-nə nəzərdə tutulub. İncəsənət klubunun  prezidenti cənab Raymond Nader girış sözü ilə sərginin açılışını elan edəcək, təqdim olunan əsərlər haqqında iştirakçilara məlumat verəcək, rəssamların yaradıcılığından söhbət açacaqdır. Artıq sərgini ziyarət etmək, Azərbaycan incəsənəti ilə yaxından tanış olmaq, gənc rəssamların əsərlərini dəyərləndirmək istəyən çoxlu sayda insan sərginin təşkilatçılarına müraciət edərək sərgiyə qatılmaq niyyətində olduqlarını bildirmişlər. Həm Vyana sakinləri, həm də Avstriyanın başqa şəhərlərində yaşayan insanlar, eləcə də VBM-də çalışan çeşidli ölkələri təmsil edən əməkdaşlar sərginin sorağını eşıtmiş və  bu məkana gələrək Azərbaycanlı rəssamların yağlı boya ilə işlənmiş gözəl əsərlərinin seyrçisi olmaq fikrində olduqlarını bildirmişlər. Rəssamların özlərinə gəldikdə isə vurğulamaq lazımdır ki, həm Nərmin, həm də Dilşad sərgiyə tam ciddiyyətlə hazırlaşmış, tamaşaçıların zövqünü oxşayacaq, doğma vətənimizi onlara tanıda biləcək, adət-ənənələrimizin və tariximizin qədim köklərinin öyrənilməsinə bir vasitə ola biləcək, rəngkarlıq sənətinin, ümumiyyətlə incəsənətimizin dəyərli  məziyyətlərinin təbliğ edilməsinə yönəldilmiş çox rəngarəng bir kolleksiya hazırlamışlar.  Sərgi həm gənc rəssamlarımız üçün, həm də ziyarətçilər üçün möhtəşəm bir görüş məkanı olacaq. Burada fikir mübadiləsi aparılacaq, rəylər söyləniləcək, dəyərləndirmələr paylaşılacaq ki, bu da öz növbəsində sərgi iştirakçılarının Azərbaycan haqqında təssəvvürlərini, dünyagörüşlərini daha da zənginləşdirəcək, iştirakçı rəssamlarımızın isə yeni, daha gözəl əsərlər yaratmağa həvəsləndirə biləcək ilham və enerji mənbəyini qüvvətləndirəcəkdir.
 
 
"RƏNGLƏRİN ƏKS SƏDASI”-na uğurlar olsun!


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol