• $
  • €
  • ₽
  • ₺
  • £

Muxtar Manıyevin vəziyyəti pisləşdi

Muxtar Manıyevin vəziyyəti pisləşdi
10.03.2016 16:10
Xalq aristi Muxtar Manıyevin vəziyyəti pisləşib.
 
Bu barədə ANS PRESS-ə Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunun reanimasiya şöbəsindən verilib. Hazırda onun vəziyyəti orta ağırdır.

"Muxtar Manıyev xəstəxanamıza səhər saatlarında gətirilib. Hazırda reanimasiyadadır. Ona sağ aşağı ətraflarında trofik xorası (qidalanmır) diaqnozu qoyulub.  Bundan başqa, o, şəkərli diabet, mikro, makro, angipotia, artiskleroz və ensofolopotiya diaqnozlarından əziyyət çəkir”, - deyə tibb işçisi bildirib.

Muxtar Manıyev 1935-ci ildə Bakıda doğulub.  Azərbaycanın kino aktyoru, Azərbaycanın xalq artistidir. O, 157 filmə çəkilib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb.

Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. "İnsan məskən salır" filmində Muxtarın qəhrəmanı ekranda az görünsə də, filmin konflikti məhz onun üzərində qurulub. Hazırda aktyorun bütün rollarını xatırlatmaq fikrindən uzağıq. Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır ki, 40 ildən artıq yaradıcılığı dövründə Muxtar müəllim milli kinomuz üçün qiymətli obrazlar yaradıb. Bu qəhrəmanlar kinomuzda özünəməxsus yeri olan sənət nümunələridir.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol