• $
  • €
  • ₽
  • ₺
  • £

“Восток – дело тонкое” - Fotolar

“Восток – дело тонкое” - Fotolar
14.03.2016 16:18
Bildiyiniz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyası B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında  artıq 4 ildir ki, qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanıb. Bu 4 il ərzində adıçəkilən teatrlar qarşılıqlı qastrol səfərləri ilə əməkdaşlıqlarını möhkəmləndirmiş və münasibətləri daha da genişəndirərək rejissor mübadilələri həyata keçiriblər.
 
 Hazırda hər iki teatrın cari repertuarında olan "Xortdanın cəhənnəm məktubları” (Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda) və  "Sevən qadın” (Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda) tamaşaları Azərbaycan və Kalmık teatrlarının yaradıcılıq münasibətlərinin uğurlu bəhrəsidir.
 
 4 illik uğurlu əməkdaşlıq bu günlərdə Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru, Həmkarlar komitəsinin sədri İlham Əsədovun Kalmıkiyadakı konsert proqramı ilə daha da möhkəmlənib. Belə ki, İ.Əsədov mart ayının 8-də Kalmıkiyanın paytaxtı Elista şəhərində Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Восток – дело тонкое” adlı konsert proqramı ilə çıxış edib. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor- müğənni Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyevlə bir səhnəni bölüşüb.  
 
 Konsertdə Azərbaycan, rus, kalmık və türk dillərində mahnılar ifa edən aktyorumuz A.Mandjiyevlə də bir neçə Azərbaycan mahnısını duet şəklində ifa edib. 
Bir sıra dövlət rəsmilərinin iştirak etdiyi konsert proqramında İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə "Azərbaycan və Kalmık xalqları arasındakı mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə” "Təşəkkürnamə” təqdim olunub.
 
Konsertdə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikovun  iki Respublika arasında mədəni əlaqələrin inkişafındakı dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə və  Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə ünvanlanan "Təşəkkür” məktubları aktyorumuza təqdim olunub.
 
Filarmoniyanın direktoru, Kalmikiya Respublikasının Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev də öz növbəsində Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə, şəxsən Mübariz Həmidova öz dərin minnətdarlığını əks etdirən Təşəkkür məktubu göndərib.
 
Böyük maraqla qarşılanan konsertlə bağlı aktyorumuz maraqlı təkliflər alıb. Gələcəkdə teatrlar arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsi ilə yanaşı, maraqlı konsert proqramlarının da həyata keçirilməsi nəzərdə tutulur.
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol