• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın kimsəsizlərə Novruz təbriki - FOTOLAR

Musiqili Teatrın kimsəsizlərə Novruz təbriki - FOTOLAR
15.03.2016 15:40

Azərbaycan Dövlət Musiqili Teatrı Novruz Bayramı münasibəti ilə "Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramı ilə çıxış edib.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, musiqili-əyləncəli tədbir teatrın hazırladığı "Novruz” Sosial Proqramları çərçivəsində baş tutub. Əməkdar artist Novruz Qartal, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Gülnarə Kərimbəyova və başqalarının ifasında Dövlət Musiqili Teatrının repertuarındakı müxtəlif tamaşalardan parcalar, yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Tamaşaçılarla canlı ünsiyyət yaradan teatrın kollektivi təşkil etdikləri oyunlar, bir-birindən maraqlı səhnəcik və musiqi nömrələriylə "Azərbaycan uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində məskunlaşan balacalara unudulmaz anlar yaşadıblar. Bahar Qız dünyadakı bütün uşaqları Novruz Bayramı münasibətilə təbrik edib. Sonda bayram şamları yandırılıb və tədbir Baharın və Novruzun rəmzi sayılan səməninin dövrəsində oynanılan "Yallı” rəqsi ilə yekunlaşdırılıb.
 
Qeyd edək ki, "Azərbaycan uşaqları” İctimai Birliyi 1992-ci ildə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi məqsədilə yaradılıb. 2010-cu ildə təşkilatın nəzdində 24 saat ərzində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi açılıb. Mərkəzdə insan alverinin, məişət zorakılığının qurbanı olan və ya potensial qurban olan baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyası həyata keçirilir. Küçədə yaşayan, kimsəsiz, baxımsız və s. bu qəbildən olan uşaqlara sosial, psixoloji, hüquqi yardım göstərilir, onlar sığınacaq, geyim, təhsil, qida və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı zəruri xidmətlərlə təmin edilir.
 
"Musiqili Teatrın kollektivi bundan sonrada bu mərkəzdə məskunlaşan uşaqlarla əlaqələrini davam etdirəcək”, - deyə teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol