• $
  • €
  • ₽
  • ₺
  • £

​Gürcü alimin “Füzuli” monoqrafiyası nəşr olunub

​Gürcü alimin “Füzuli” monoqrafiyası nəşr olunub
16.03.2016 22:04
Monoqrafiya ilk dəfə gürcü dilində işıq üzü görüb

Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tanınmış alim Elizbar Cavelidzenin "Füzuli” monoqrafiyası gürcü və Azərbaycan dillərində nəşr olunub. "Report" xəbər verir ki, kitabda Azərbaycanın klassik şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığı geniş təhlil olunur. Monoqrafiya ilk dəfə gürcü dilində işıq üzü görüb.

Monoqrafiyanı Azərbaycan dilinə Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, tərcüməçi-alim Mirzə Məmmədoğlu tərcümə edib. Dahi Azərbaycan şairinin vəfatının 460-cı ildönümünə həsr olunan bu kitab elə M. Məmmədoğlunun öz vəsaiti hesabına nəşr olunub.

M.Məmmədoğlu "Report"a bildirib ki, məşhur türkoloq, Azərbaycan Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş Elizbar Cavelidzenin monoqrafiyanı yazmaqda məqsədi gürcü gəncliyini, ümumiyyətlə, gürcü oxucusunu XVI əsr Azərbaycanın məşhur sənətkarı, Şərqin böyük şairlərindən biri Füzulinin həyat və yaradıcılığı ilə tanış etməkdir: "Azərbaycan ədəbiyyatının yaxın dostu olan, tərcüməçilik sahəsində məhsuldar işləyən Cavelidze "Oğuznamə”ni, tərcüməçi-araşdırmaçı Giorgi Şağulaşvili ilə birlikdə isə "Dədə Qorqud” dastanını gürcü dilinə tərcümə edib”.
Kitabda tanınmış gürcü alimi Apollon Silaqadzenin "Gürcü türkologiyasının lideri” adlı yazısı və XVIII əsrdə Füzulinin Gürcüstan Milli Əlyazmalar Mərkəzində saxlanılan gürcü transkripsiyası ilə yazılan qəzəli də verilib.

Yaxın vaxtlarda Şota Rustaveli adına Ədəbiyyatşünaslıq İnstitutunda və Gürcüstan Milli Elmlər Akademiyasında kitabın təqdimatı olacaq.

Qeyd edək ki, Mirzə Məmmədoğlu bundan əvvəl tanınmış gürcü alimi, iranşünas Konstantine Pağavanın "Mirzə Fətəli Axundov” və "Nizami” monoqrafiyalarını Azərbaycan dilinə tərcümə edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol