• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” kinoteatrında “Londonun süqutu” filminin nümayişinə start verilib

“CinemaPlus” kinoteatrında “Londonun süqutu” filminin nümayişinə start verilib
17.03.2016 16:30
"CinemaPlus” kinoteatrında "Londonun süqutu” filminin nümayişinə start verilib

Azərbaycanın premium kinoteatrı "CinemaPlus” əsl savaş filmləri pərəstişkarlarını "Londonun süqutu” filminin nümayişinə dəvət edir.

Film tamaşaçılara britaniya paytaxtının küçələrində geniş miqyaslı dağıntılar, tozlu, qanlı, sərt toqquşmalı partlayışlar və yüksək sürətli təqiblər göstərəcək.

"Londonun süqutu” – İran əsilli isveçli rejissor Babaka Nəcəfinin ingilis dilli debütudur. Filmdə baş rolları Cerard Batler, Aaron Ekhart və Morqan Friman oynayıb.

Filmdə hadisələr Böyük Britaniyanın baş nazirinin müəmmalı şəkildə öldüyü Londonda cərəyan edir. Dəfn mərasimində qərb dünyasının rəhbərləri iştirak edirlər. Lakin Yer üzündə ən təhlükəsiz hadisə kimi başlayan mərasim dünyanın ən güclü dövlətlərinin liderlərinə qarşı ən təhlükəli qəsd halı alır və bütün dünyanın gələcəyini təhdid edir. Yalnız üç nəfər fəlakətin qarşısının alınmasına ümidlərini itirmir: ABŞ prezidenti, onun sadiq köməkçisi – xüsusi xidmət agenti və ingilislərin Mİ-6-nın heç kəsin etibar etmədiyi agenti.

"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol