• $
  • €
  • ₽
  • ₺
  • £

25-ci dəfə “O olmasın, bu olsun” - Musiqili Teatrda

25-ci dəfə “O olmasın, bu olsun” - Musiqili Teatrda
24.03.2016 15:22
Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası yeni quruluşda 25-ci dəfə nümayiş olunacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun ANN.Az-a verdiyi məlumata görə, dünyaca məşhur "O olmasın, bu olsun”un 25-ci nümayişi isə 27 mart tarixində saat 19.00-da baş tutacaq. Tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin son quruluşdakı premyerası 25 oktyabr 2014-cü ildə keçirilib. 

Xatırladaq ki, 27 mart tarixi bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu il həmin tarix ölkəmizdə Novruz Bayramı ilə əlaqədar olaraq qeyri-iş günüdür. Dövlət Musiqili Teatrı "O olmasın, bu olsun” tamaşasının bayramla bağlı istirahət gününə təsadüf edən 25-ci nümayişini Beynəlxalq Teatr Gününə həsr edib. 

 "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın 105-ci teatr mövsümdəki ən uğurlu tamaşalarından biri olub. Əməkdar artist Şövqi Hüseynov tamaşada Məşədi İbad obrazı ilə Dövlət Musiqili Teatrında debüt edib. Bu rolun ifasına görə o, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatına layiq görülüb. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları  Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, aktyorlar Səməd Xasıyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Nadir Xasıyev, Elçin İmanov və başqaları ifa edirlər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol