• $
  • €
  • ₽
  • ₺
  • £

Eros Ramazzotti Bakıda konsert proqramı ilə çıxış edəcək

Eros Ramazzotti Bakıda konsert proqramı ilə çıxış edəcək
26.03.2016 16:35
Məşhur italiyalı müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
 
Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək.
 
Şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxacaq. Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti "Rerfetto” dünya turu çərçivəsində təşkil olunacaq.
 
Qeyd edək ki, musiqi albomları dünyada milyonlarla tirajla satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü "Perfetto” adlı musiqi albomu 38 ölkədə "ən yaxşı 20-lər” sırasına daxil olub. Özünəməxsus vokal imkanları, ifa tərzi E. Ramazzottini uzun illər milyonlarla insanın sevimlisi kimi məşhur edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən E. Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.
 
Xatırladaq ki, 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni E. Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar” nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib. E. Ramazzottinin konsertləri hər bir zaman gözəl musiqi, zövq və unikal şou ilə seçilir.
 
Aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək konsertin biletləri martın 26-dan şəhərin kassalarında satışdadır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol