• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR

Gənc Tamaşaçılar Teatrında Beynəlxalq teatr günü qeyd olunacaq - FOTOLAR
26.03.2016 18:58
Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən hər il dünyanın hər yerində 27 mart Beynəlxalq Teatr günü kimi qeyd edilir.  Dünyanın bütün teatrlarında xüsusi qeyd edilən bu əlamətdar gün respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər  və tamaşalarla yadda qalır. 

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumat görə, 27 mart – Beynəlxalq Teatr günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xüsusi qeyd olunacaq.  

Həmin gün saat 12.00 və 14.00-da A.Tolstoyun "Balaca və damda yaşayan Karlson”,  saat 19.00-da yazıçı-dramaturq Elçinin "Buzovna kəndinin əhvalatları” tamaşaları nümayiş etdiriləcək. 

2013-cü ildə Beynəlxalq layihə çərçivəsində hazırlanmış "Balaca və damda yaşayan Karlson” tamaşasının quruluşçu rejissoru Ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.   

Saat 19.00-da Xalq yazıçısı Elçinin Abşeron mövzusuna həsr olunmuş nəsr əsərləri əsasında səhnələşdirilmiş "Buzovna kəndinin əhvalatları” tamaşası nümayiş etdiriləcək. Xalq yazıçısının "Toyuğun diri qalması” hekayəsi və "Dolça” povesti əsasında hazırlanan səhnə əsərində Bakı kəndlərinin gündəlik yaşam tərzi, zəngin adət-ənənələri əksini tapıb. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, rejissor assisenti əməkdar artist Nofəl Vəliyev, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.   

Məlumat üçün bildirək ki, həmin gün "Buzovna kəndinin əhvalatları” tamaşası 50-ci dəfə nümayiş etdiriləcək. 
 












www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol