• $
  • €
  • ₽
  • ₺
  • £

“Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” dərs vəsaiti nəşr olundu

“Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” dərs vəsaiti nəşr olundu
30.03.2016 21:12
Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın "Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” adlı dərs vəsaiti çap olunub. Universitetin Elmi Şurasının 25 noyabr 2015-ci il tarixli iclasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor, əməkdar müəllim Qüdrət İsmayılzadədir.
 
 
Təqdim olunan dərs vəsaitində Azərbaycanda əkinçilik mədəniyyətinin formalaşmasına təsir göstərən amillər, əlverişli iqlim şəraiti, relyef, bitki örtüyü, heyvanat aləminin müxtəlifliyi öz əksini tapıb, abidələrin, yaşayış yerlərinin geniş təsnifatı, sənətkarlıq və onun müxtəlif sahələri haqqında məlumat verilib. Kitabın əsas aktual cəhəti isə Azərbaycan əkinçilik mədəniyyətinin Ön Asiya ənənələrinin təsiri altında təşəkkül tapması deyil, onun tərkib hissəsi olması haqqında tutarlı dəlillərin irəli sürülməsidir. Dərs vəsaiti Azərbaycanın ibtidai icma quruluşunu öyrənən tələbələr, ali məktəb müəllimləri, həmçinin elmi işçilər üçün də nəzərdə tutulub.
 
 
"Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” adlı dərs vəsaiti 118 səhifədən ibarət olmaqla, "Tarixi Azərbaycan torpaqlarının təbii-coğrafi şəraiti və qədim istehsal formalarının təşəkkülünü doğuran amillər”, "Tarixi Azərbaycanın ən qədim istehsal kompleksləri: morfoloji-topoqrafik xüsusiyyətlər”, "Qədim əkinçilik dövründə Azərbaycanda istehsal təsərrüfatı strukturları və onların özəllikləri”, "Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Cənubi Qafqaz-Azərbaycan paralelləri” bölmələrini özündə əks etdirir.
 
 
Qeyd edək ki, Şəlalə Bağırova eyni zamanda beynəlxalq konfranslarda müxtəlif mövzularda çıxış edib və onlarla elmi məqalənin müəllifidir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol