• $
  • €
  • ₽
  • ₺
  • £

31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edildi - Fotolar

31 mart Azərbaycanlıların soyqırımı “Arzu və Murad”la yad edildi - Fotolar
31.03.2016 20:21
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatrın uşaq və yeniyetmələrlə iş aparan təşkilatçı-pedaqoq, Əməkdar Artist Ötkəm İsgəndərov soyqırım haqqında danışaraq  bildirib ki, 1918-ci ilin mart- iyul aylarında erməni quldur dəstələrinin Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı törətdiyi məqsədyönlü şəkildə həyata keçirdiyi soyqırımlar nəticəsində beş ay ərzində Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında 50 mindən çox soydaşımız böyük qəddarlıqla erməni faşizminin qurbanı olmuş, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan olunmuş və evindən-obasından didərgin düşüb.

Ö.İsgəndərovun sözlərinə görə, 31 mart 1918-ci il soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə verilib. Hər il Azərbaycanın müxtəlif bölgələrində, idarə, təşkilat və müəssisələrində 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirilməkdə və soyqırım qurbanları anılmaqdadır.  

Soyqırımda qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra gənc yazar Sevinc Elsevərin "Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış "Arzu və Murad” tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa ediblər.
 
 







 

 
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol