• $
  • €
  • ₽
  • ₺
  • £

Şah İsmayıla həsr olunmuş sənət əsərləri nümayiş olunacaq

Şah İsmayıla həsr olunmuş sənət əsərləri nümayiş olunacaq
05.04.2016 12:59
Xəbər verdiyimiz kimi, AMEA Milli Azərbaycan Tarixi Muzeyində "I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanır.

 Sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir ki, nümayiş olunur.

 Həmiçinin dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların 7 mulyajı, 100-ə yaxın fotoşəkli də sərgilənəcək.

Bununla belə, sərginin ruhuna cavab verən bir sıra sənət əsərləri də tamaşaçılara təqdim olunacaq. 

Onlar sırasında "XVI əsr Səfəvi döyüşçüsü” suvenir fiquru xüsusi maraq doğurur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyəsi olan bu fiqur olduqca dəqiq işlənmiş, orta əsr Azərbaycan döyüşçüsünün silah və ləvazimatlarını dəqiq əks etdirir. Qeyd etmək lazımdır ki, fiqur öz oxu ətrafında fırlanan podium üzərində nümayiş olunur.  

Sərgidə həmçinin gənc heykəltəraş İslam Həsənəlizadənin müəllifi olduğu və modern üslubda işlədiyi "Atlı qızılbaş”, "Şah İsmayıl ilə Əli Malkuçoğlu arasında döyüş” kiçik heykəlləri, rəssam Seyran İmanov tərəfindən orta əsr Təbriz miniatür üslubunda işlənmiş "Çaldıran döyüşü” rəsmi sərgilənəcək. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol