• $
  • €
  • ₽
  • ₺
  • £

“Musiqili Teatr ordumuz və Prezidentimizlə birlikdədir!” - FOTOLAR

“Musiqili Teatr ordumuz və Prezidentimizlə birlikdədir!” - FOTOLAR
05.04.2016 20:48

Erməni qəsbkarlarının təmas xəttindəki təxribatına layiqli cavab verən ordumuzun son qələbələrinə və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışına öz münasibətini bildirən Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi bu gün tədbir keçirib.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, rejissor Əliqismət Lalayev mərasimi açıq elan etdikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirdə Əliqismət Lalayevlə yanaşı, Qarabağda doğulub boya-başa çatan, Xalq artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova, əslən ukranyalı olan, Əməkdar artist Svetlana Bulax, əslən İrəvandan olan, dədə-baba torpaqlarından didərgin düşən, tanınmış yurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Qarabağ müharibəsi veteranı, Əməkdar artist Əzizağa Əzizov, Azərbaycan gəncliyini təmsil edən, Musqili Teatrın gənc aktyoru Əmrah Dadaşov və başqaları çıxış ediblər. "Erməni qəsbkarları, Ermənistanın əli qana batmış hakimiyyəti son hadisələr zamanı bir daha öz iç üzünü açıb göstərdi. Azərbaycanımızın 20 faiz ərazisini işğal edən, daima beynəlxalq ictimaiyyəti aldadan, yalan rəy formalaşdıran, mütəmadi olaraq atəşkəsi pozub mülki əhalimizi atəşə tutan düşmənə son günlər silahlı qüvvələrimiz tərəfindən layiqli cavab verilib. Nankor qonşularımız bu həqiqəti anlamalıdırlar ki, Azərbaycan xalqı gec-tez öz torpaqlarını geri qaytaracaq. Biz sülhsevər xalq orlaraq hər zaman bu problemin sülh, danışıqlar yolu ilə həllinə ümid etmişik. Amma ermənilər öz mənfur xislətlərindən heç zaman əl çəkməyiblər, daima dinc əhalini atəşə tutublar. Onlar unudublar ki, biz torpalarımızı müharibə yoli ilə də azad etməyə qadirik. Bu şərəfli işin öhdəsindən gəlmək üçün dövlətimizin güclü ordusu, qətiyyətli Ali Baş Komandanı var. Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq qəsbkar Ermənistan hakimiyyətindən torpaqlarımızı qeyd-şərtsiz boşaltmağı tələb edir və Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər əmrinə hazır olduğumuzu bildiririk! Musiqili Teatr ordumuz və Prezidentimizlə birlikdədir!”, - deyə çıxışçılar bildiriblər.
 
Tədbir Azərbaycan Dövlət Himninin sədaları ilə sona çatıb.
 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol