• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirildi - Fotolar

Musiqili Teatrda ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirildi - Fotolar
07.04.2016 20:43
Azərbaycan Dövlət Musiqili Teatrında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
 
ANN.Az-ın məlumatına görə, qurumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, nümayəndə heyyətini salamlayan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Əliqismət Lalayev iki ölkə arasındakı mədəni, siyasi dostluq əlaqələrindən danışıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə Müşaviri, nümayəndə heyyətinin rəhbəri xanım Emi Pitersen xalqlarımız arasındakı əlaqələrin gündən-günə inkişaf etdiyini qeyd edib. "Görüşümüz bu əlaqələri daha da genişləndirmək məqsədi daşıyır. Biz inanırıq ki, Amerika-Azərbaycan qarşılıqlı mədəni əlaqələri xalqlarımızım yaxınlaşmasına böyük töhfələr verəcək. Bu münasibətlə ölkəmizdə fəaliyyət göstərən Pol Qordon Emersonun rəhbərlik etdiyi məşhur "Company-E”nin ölkənizdə ortaq layihə həyata keçirməsini arzulayırıq. "Company-E” 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir. Hesab edirik ki, Azərbaycanda "Brodvey” musiqi layihəsini həyata keçirmək üçün ən ideal sənət məkanı sizin rəhbərlik etdiyiniz Musiqili Teatrdır. İnanıram ki, qarşılıqlı səylərimiz nəticəsində baş tutacaq "Brodvey ” musiqi layihəsi "Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin ortaq işi kimi böyük uğur qazanacaq”, - deyə xanım Emi Pitersen bildirib.
 
"Azərbaycan Dövlət Musiqili Teatrı ilə "Company-E” arasındakı əməkdaşlığı mədəni və yaradıcılıq mübadiləsi baxımından yüksək dəyərləndiririk. İnanırıq ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəsətəyi ilə baş tutacaq bu layihə xalqalrımız və dövlətlərimiz arasındakı mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. Düşünürük ki, bu ortaq layihə mədəniyyətlərarası dialoqun bariz nümunəsi olacaq və işimiz uğurlu alınacaqsa, biz Musiqili Teatr olaraq bu konsert-proqramı, tamaşanı cari repertuarımıza daxil etməyə hazırıq”, - deyə Əliqismət Lalayev söyləyib.
 
Sonra ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi  Fərqani Əliyev, Azərbaycan Dövlət Musiqili Teatrının baş drijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baş xormeyster Əməkdar artist Vaqif Məstanov, baş baletmester Zakir Ağayev layihənin həyata keçirilməsi ilə bağlı müxtəlif məsələlər haqqında fikirlərini bildiriblər.
 
"Company-E” ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında"Brodvey” musiqi layihəsi ilə bağlı razılıq əldə olunub. Layihənin 2016-cı il may ayının ortalarında həyata keçirilməsi qərara alınıb.
 



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol